Dünyanın ən təhlükəsiz ölkəsi açıqlanıb.
Metbuat.az xəbər verir ki, araşdırmaya görə, İslandiya siyahıda birinci yerdədir. “International SOS”un araşdırmasına görə, İslandiya cinayətkarlıq səviyyəsinin aşağı olması və siyasi sabitliyi ilə dünyanın ən təhlükəsiz ölkələri arasında ilk sırada yer alıb. Lüksemburq isə siyahıda ikinci yerdədir. Kiçik ərazisinə baxmayaraq, Lüksemburq ziyarətçilərə çoxlu sayda mədəni və turizm seçimləri təklif edir. Lüksemburqu digər ölkələrdən fərqləndirən ictimai nəqliyyatın tamamilə pulsuz olmasıdır. Bu təcrübə sayəsində ziyarətçilər əlavə nəqliyyat xərcləri olmadan ölkədə turistik yerlərə səyahət edirlər.
Siyahıda Norveç, İsveçrə və Danimarka da yer alıb.