"Beşiktaş"ın baş məşqçisi Sərgən Yalçın mövsümün əvvəlində böyük ümidlərlə transfer edilən David Juraseki yola salmağa hazırlaşır.
Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. KİV zəif oyun nümayiş etdirən Jurasekin baş məşqçinin gözündən düşdüyünü bildirib.
Sərgənin dekabrın 14-də "Besiktaş"ın "Trabzon"la deplasmanda oynadığı sonuncu matçdan sonra qərarını qətiləsdirdiyi bildirilir. Jurasekin 86-cı dəqiqədə real qol vəziyyətindən yararlana bilməməsi "bardağı daşıran sonuncu damla" olub. Sərgən Yalçın bundan sonra hücumçunu komandada görmək istəmədiyini bəyən edib.
Bu mövsüm cəmi iki matçda forma geyinən David Jurasekin ara transfer dönəmində göndəriləcəyi bildirilir.