Bakı. Trend:
Bolqarıstanda prezident vəzifəsi uğrunda 27 namizədin mübarizə apardığı seçki prosesi başlayıb.
Ölkə ərazisindəki seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00-da) fəaliyyətə başlayıb.
Səsvermənin təşkili üçün ölkə üzrə 12 mindən çox seçki məntəqəsi yaradılıb. Seçkilərdə təxminən 6,6 milyon vətəndaşın səsvermə hüququ var. Bolqarıstan vətəndaşları, o cümlədən xaricdə yaşayan seçicilər, dünyanın 60 ölkəsində səs verə biləcəklər.
Seçki məntəqələrinin yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00-da) bağlanacağı gözlənilir. Rəsmi seçki nəticələrinin oktyabrın 27-də elan edilməsi nəzərdə tutulur.
Bolqarıstanda prezident ümumxalq səsverməsi əsasında beş il müddətinə seçilir. Eyni şəxs ardıcıl olaraq ən çoxu iki müddət prezident vəzifəsini tuta bilər. Seçicilər prezidentlə yanaşı, vitse-prezidenti də müəyyən edirlər.