Ermənistan parlamenti ölkənin silahlı qüvvələrində məcburi hərbi xidmət müddətinin azaldılmasını nəzərdə tutan qanunu qəbul edib.
Metbuat.az xəbər verir ki, 65 deputat qanun layihəsinin "lehinə", 4 nəfər "əleyhinə" səs verib, 20 nəfər isə bitərəf qalıb.
Yeni qanuna uyğun olaraq, 2026-cı ildən etibarən məcburi hərbi xidmət müddəti 2 ildən 1.5 ilə endiriləcək.