“Qalatasaray” “İnter”in futbolçusu Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi futbolçunu mövsümün fasiləsində transfer etmək istəyir. “Fanatik” qəzetinin məlumatına görə, “Qalatasaray” futbolçu üçün 10-15 milyon avro büdcə ayırıb.
Qeyd edək ki, “Qalatasaray”ın mövsümün əvvəlində Hakan Çalhanoğlunu transfer etmək istədiyi barədə xəbərlər dərc edilmişdi. İtaliya klubunun futbolçu üçün 20-25 milyon avro tələb etdiyi iddia edilmişdi. Futbolçunun “İnter”lə müqaviləsi gələn 2027-ci ildə yekunlaşır.