İrlandiya Rusiya dronları tərəfindən hava məkanını pozduqdan sonra yenidən NATO-ya üzvlüyü müzakirə edir.
Modern.az xəbər verir ki, bu barədə İrlandiya hökumətindəki mənbələr "Euractiv" nəzərinə bildiriblər.
Portalın məlumatına görə, Rusiya dronları Ukrayna prezidenti Volodimir Zelenskinin noyabr ayında Dublinə rəsmi səfəri zamanı onun təyyarəsini izləyib.
Hazırda İrlandiyanın hava məkanına və dəniz sərhədlərinə nəzarət əsasən Böyük Britaniya tərəfindən Kral Dəniz Qüvvələri və Kral Hərbi Hava Qüvvələri vasitəsilə həyata keçirilir. Ölkənin ərazi sularından onlarla strateji əhəmiyyətli transatlantik kabel keçir və Şennon Hava Limanı ABŞ və digər NATO ölkələri tərəfindən əsas logistika mərkəzi kimi istifadə olunmağa davam edir.