Türkiyə ordusu Qara dəniz üzərində PUA-nı zərərsizləşdirib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Qara dəniz üzərində Türkiyə hava məkanına yaxınlaşan PUA F-16 qırıcı təyyarələri tərəfindən vurulub. Bildirilir ki, nəzarətdən çıxan PUA açıq ərazidə zərərsizləşdirilib. Qeyd edək ki, Qara dənizdə Ukrayna və Rusiya orduları bir-birilərinə qarşı əməliyyatlar təşkil etmişdi.
Ukrayna Rusiyaya yük daşıyan gəmiləri hədəfə almış, Rusiya da Ukrayna sahillərində yük gəmisini bombalamışdı.