Metbuat.az xəbər verir ki, Los-Anceles dairəsindəki Palos Verdes yarımadası həftədə 10 santimetrə qədər okeana doğru sürüşür. Məlumata görə, mütəxəssislər bu tendensiyanın davam edəcəyi təqdirdə ərazinin dağılacağını bildirirlər. Bildirilir ki, ABŞ-nin ən sıx bölgələrindən olan Kaliforniya, dəniz səviyyəsinin yüksəlməsi və qurudakı hərəkət səbəbindən böyük təhlükə altındadır. Torpağın sürüşməsi davam edərsə, yarımada bir il ərzində 500 santimetrdən çox bata bilər.