"Real Madrid"in La Liqada "Alaves" üzərində qələbəsi baş məşqçi Xabi Alonsonun hələlik vəzifəsində qalmasına səbəb olub.
Metbuat.az xəbər verir ki, “Real” rəhbərliyi Alonsonu hələki istefaya göndərməyəcək. AS qəzetinin iddiasına görə, rəhbərlik Alonsoya bir neçə oyun şans verəcək. İddia edilir ki, “Real” növbəti turda “Sevilya” üzərində qələbə qazana bilməsə Alonso istefaya göndərilə bilər.
Həmçinin xəbərdə deyilir ki, Alonso mövsümün sonuna qədər klubda qala bilər. Məlumata görə, oyunçular məşqçiyə dəstək verir.