Türkiyənin "Qaziantepspor" klubunun baş məşqçisi Burak Yılmaz vəzifəsindən istefa verib.
Metbuat.az xəbər verir ki, təcrübəli məşqçi bu gün keçirilən "Göztəpə" - "Qaziantepspor" matçından sonra istefa qərarını açıqlayıb. Yılmaz deyib ki, iki həftə sonra klubun sükanı arxasında olmayacaq.
Burak Yılmaz azarkeşlərin onu söyməsindən sonra postundan ayrılmağa qərar verdiyini bildirib: "Mən bu şəhərə gələndə "Qaziantepspor"un 1 xalı da yox idi. İndi klubda hamı Avropa xəyalları qurur. Bu uğura rəğmən azarkeşlər məni söyür. Qulağım o söyüşləri eşidir. Mən bu münasibəti haqq etmirəm. İki həftə sonra heç kim məni bu şəhərdə görməyəcək".