“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında klub rekordu müəyyənləşdirib.
Metbuat.az xəbər verir ki, bu barədə “Opta Sports” statistik platforması məlumat yayıb. Misirli futbolçu dekabrın 13-də “Brayton”la oyunda məhsuldar ötürmə verərək Premyer Liqada “Liverpul” forması ilə ümumilikdə 277 qol və assistə imza atıb. Bununla da o, 276 göstəricisi olan Ueyn Runini geridə qoyub.
Qeyd edək ki, Salah bu mövsüm “Liverpul”un heyətində 20 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.