Futbol dahisi Lionel Messinin Hindistan səfəri iğtişaşlara səbəb olub. GOAT turu çərçivəsində Kələküttə əyalətində olan ulduz futbolçu tərəfdarların qəzəbinə tuş gəlib.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, özəl bir şirkət Messinin Kələküttədə meydana cıxacağını vəd edərək azarkeslərə 120 dollara bilet satıb. On minlərlə insan bilet alaraq stadiona axın edib. Messi matç saatında stadiona gəlsə də, təhlükəsizlik səbəbi ilə 20 dəqiqə sonra ərazini tərk edib. Bundan sonra azarkeşlər stadionun altını üstünə çeviriblər.
Bir azarkeş jurnalistlərlə söhbətində belə deyib: "Bir aylıq maaşımı verib bilet almışam. Messinin nəinki üzünü, heç başını da görə bilmədim. Mənim pulumu qaytarsınlar", - deyib.
Hindistan Futbol Federasiyası Messinin bu ölkəyə səfərinin onlar tərəfindən təşkil olunmadığını açıqlayıb. Federasiya təşkilatçının özəl bir şirkət olduğunu vurğulayaraq, baş verən iğtişaşa görə özünün məsuliyyət daşımadığını bəyan edib.