Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə “Kristal 2” yaşayış kompleksində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.
***
Yanğın “Kristal Abşeron-2” yaşayış kompleksində, hündürmərtəbəli binanın 10-cu mərtəbəsində olub.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.