“Real Madrid”in futbolçusu Kilian Mbappe əzələ problemi və barmağının sınması səbəbindən “Alaves”lə matçı da buraxa bilər.
Metbuat.az xəbər verir ki, “Real Madrid”in Çempionlar Liqasında "Mançester Siti"yə 1-2 hesabı ilə məğlub olduğu matçda forma geyinməyən Mbappenin zədəsi hələlik sağalmayıb. İspaniya mediasının məlumatına görə, əzələ problemi ciddi hesab edilməsə də, “Real” futbolçunun zədəsinin ağırlaşmaması üçün “Siti” ilə oyunda ehtiyatda saxlayıb.
Qeyd edək ki, “Real” La Liqada son 5 matçda 1 qələbə qazanıb.