“Mançester Yunayted”in futbolçusu Kobbi Meynoo klubdan ayrılmaqda qərarlıdır.
Metbuat.az xəbər verir ki, 12 klubun futbolçunun xidmətində maraqlı olduğu iddia edilir. Futbolçunun aralarında “Çelsi” və “Bavariya”nın olduğu Avropa nəhənglərinin marağına baxmayaraq, “Napoli”yə transfer olmaq istədiyi iddia edilir. Məlumata görə, futbolçu bundan əvvəl “Mançester Yunayted”dən ayrılmaq istəsə də, klub icazə verməyib.
Qeyd edək ki, gənc futbolçu Kobbi Meynoo indiyə qədər heç bir liqa oyununda start heyətində yer almayıb.