Çempionlar Liqasının liqa mərhələsində "Mançester Siti"yə məğlubiyyətdən sonra “Real Madrid”in 4 futbolçusu baş məşqçi Xabi Alonsonu dəstəklədiklərini bəyan ediblər.
Metbuat.az xəbər verir ki, futbolçular əzmkar oyunu və matçdan sonrakı mesajları ilə Alonsonu dəstəkləyərək birlik mesajı nümayiş etdirib. Uğursuz nəticələrə baxmayaraq, oyunçular həm taktiki, həm də klub atmosferi baxımından Alonsoya sadiq olduqlarını vurğulayıblar. Matçdan sonra Xabi Alonsonu qucaqlayan Rodriqo Goes, məşqçiyə dəstək verərək, birlik mesajı verib. Alonso ilə fikir ayrılığı yaşadığı iddia edilən Cud Bellinghem də Alonso ilə mehriban münasibətinin olduğunu şayiələrə əhəmiyyət vermədiyini bildirib. Qapıçı Tibo Kurtua və müdafiəçi Raul Asensio da Alonsoya dəstəklərini bəyan ediblər.
Qeyd edək ki, “Real Madrid” - “Mançester Siti” oyunu 1-2 hesabı ilə yekunlaşıb. Matçdan əvvəl “Real”ın məğlub olacağı təqdirdə Xabi Alonsonun istefaya göndəriləcəyi iddia edilmişdi. Lakin “Real” rəhbərliyinin Xabi Alonso hələlik istefaya göndərmək istəmədiyini irəli sürülüb.