Metbuat.az xəbər verir ki, həmin ölkələr arasında Böyük Britaniya, Fransa, Almaniya və Cənubi Koreyadan gələn turistlər də yer alır. “The New York Times” qəzetinin məlumatına görə, ABŞ Gömrük və Sərhəd Mühafizəsi vizasız proqramda iştirak edən ölkələrdən gələn turistlər üçün tətbiq etməyi planlaşdırdığı yeni tədbirləri dərc edib. Plan təsdiqlənərsə, potensial ziyarətçilərdən son beş ildəki sosial media məlumatları, eləcə də son 10 ildəki elektron poçt ünvanları və ailə üzvlərinin adları, doğum tarixləri və ünvanları kimi məlumatları təqdim etmələri tələb ediləcək.