Metbuat.az xəbər verir ki, o, adı istefa xəbərlərində hallanan “Real”ın baş məşqçisi Xabi Alonso barədə danışıb. Qvardiola Alonso barədə, “Xabiyə uğurlar arzulayıram, amma onun karyerası ilə bağlı bir cavabım yoxdur. Florentino ilə danışmamışam və o da mənə Xabinin son oyunu olacağını deməyib. Böyük matçlarda qalib gələ bilməsəniz, işlər çətinləşəcək. Amma Xabi vəziyyəti nəzarətdə saxlayır və bütün bunların nə ilə bağlı olduğunu bilir”, - deyə bildirib. Qvardiola açıqlaması zamanı Alonsonun ünvanına olmasa da, bəzi biədəb ifadələrdən istifadə edib.