Metbuat.az xəbər verir ki, futbolçu "Barselona"nın 2-1 hesabı ilə qələbə qazandığı oyunda Jül Kundeyə məhsuldar ötürmə edib. Bununla da Yamal Çempionlar Liqasında "Barselona" üçün birbaşa 14 qola töhfə verib. O, 7 qol və 7 məhsuldar ötürmə edib. Yamal turnir tarixində 18 yaşa qədər oyunçular arasında bu statistika üzrə rekorda imza atıb.