Ukrayna üzrə danışıqlarda razılığa gəlmək şansları yüksəkdir.
Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O danışıqların uğurla davam etdiyini ifadə edib. Tramp, “Ukraynanın bəzi çətin kiçik problemləri var. Bizim də çətin problemlərimiz var, amma düşünürəm ki, Rusiya bu müharibənin bitməsini istərdi”, - deyə bildirib.
Qeyd edək ki, ABŞ adminstrasiyası Ukrayna müharibəsinə son qoymaq üçün plan təklif edib. İddialara görə, Ukrayna və Rusiya planı qəbul edib. Plandakı bəzi detallarla bağlı danışıqlar davam edir.