UEFA İntizam Komitəsi “Qarabağ”ı cəzalandırıb.
Modern.az xəbər verir ki, sözügedən qərar Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının 4-cü turunda “Çelsi” ilə Bakıdakı qarşılaşması zamanı azarkeş davranışı ilə bağlı olub.
Belə ki, görüş zamanı “Qarabağ” azarkeşləri “Çelsi”nin futbolçusuna qarşı irqçi ifadələr səsləndirib. Bu səbəbdən klub 5 min avro ( 9 861 AZN) məbləğində cərimələnib.
UEFA həmçinin “Köhlən atlar”a növbəti ev oyununu tamaşaçısız keçirmək barədə şərti cəza tətbiq edib. Müəyyən edilən dövrdə eyni mahiyyətdə hərəkətlər təkrarlanarsa, cəza dərhal qüvvəyə minəcək.