Bakı. Trend:
Bakının bir neçə yollarında tıxac müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət: Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində; 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində; Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər); Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində; Niyazi küçəsi, “İçərişəhər” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.