“Liverpul”un uğursuz oyunlarında sonra, Yurgen Kloppun kluba geri dönüşü ehtimalı Britaniya mətbuatında yenidən gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, Yurgen Kloppun bundan əvvəl açıqladığı “Əgər şəhər mənə ehtiyac duyursa, mən oradayam" sözləri müzakirə edilib. Klopp klubun ona ehtiyac duyacağı təqdirdə geri qayıda biləcəyini ifadə etmişdi. Bundan əvvəl Kloppun sözləri sadəcə nəzakətli rədd cavabı kimi qəbul edilmişdi. Kloppun “Liverpul”a qayıtması ciddi ssenari hesab edilmirdi. Lakin, klubunun uğursuz oyunlarından sonra alman məşqçinin kluba qayıdışı müzakirə edilməyə başlanılıb.
Qeyd edək ki, “Liverpul” son səkkiz liqa matçından beşində uduzub.