Alyaskada rixter cədvəli üzrə 6,0 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat paylaşıb. Məlumata görə, zəlzələnin episentri Susitna şəhərindən 12 kilometr şimal-qərbdə yerin 69,4 kilometr dərinliyində yerləşib. Sunami təhlükəsi elan edilməyib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.