Fransa Prezidenti Makron Ukraynada müharibədən sonra "təhlükəsizlik qüvvələri"nin yaradıla biləcəyini bəyan edib.
Metbuat.az xəbər verir ki, o, Böyük Britaniya, Fransa və Türkiyədən olan hərbçilərin Ukraynada yerləşdirilə biləcəyini ifadə edib. Makron təxminən 20 ölkənin artıq aktiv şəkildə töhfə verməyə hazır olduğunu bildirib və əlavə edib ki, bu töhfə hava, quru və ya dəniz qüvvələri vasitəsilə verilə bilər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın sülh planı barədə razılaşmaq üzrə olduğunu bəyan edib.