Kibertəhlükəsizlik üzrə mütəxəssis Elorm Daniel “WhatsApp”la bağlı iddia irəli sürüb.
Metbuat.az xəbər verir ki, o bildirib ki, “WhatsApp” vasitəsilə göndərilən mesajlarda paylaşılmasa belə, tətbiq yer məlumatlarını qeydə alır. Daniel, iPhone 12 Pro Max cihazında apardığı araşdırmaların təfərrüatlarını X şirkətinin sosial media platforması vasitəsilə paylaşıb. “WhatsApp”da etdiyi söhbəti araşdıran Daniel, məlumatlarla söhbət etdiyi şəxsin yerini müəyyən etdiyini iddia edib. Daniel, bu məlumatları birbaşa öz telefonundan əldə etdiyini bildirib. Daniel iddia edib ki, “WhatsApp” tərəfindən toplanan məlumatlar "yer məlumatı" ilə məhdudlaşmır.
O, qrupu kimin yaratdığını, nə vaxt yaradıldığını, kimin əlavə edildiyini və kimin ayrıldığının qeydə alındığını iddia edib. Bu məlumatlar, şəxs qrupdan çıxdıqdan sonra belə, tətbiqin metaməlumatlarında qalır. Daniel iddia edib ki, “WhatsApp” mesajları kimi, iPhone mesajları da məlumatları toplayır.