Metbuat.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaja Kallas açıqlama verib. O bildirib ki, münaqişənin həlli üçün ən vacib addım tərəflər arasında qeyd-şərtsiz atəşkəsdir. Qeyd edək ki, ABŞ administrasiyası Ukrayna böhranının həlli üçün yeni plan irəli sürüb. Prezident Donald Trampın sözlərinə görə, tərəflər planı qəbul etmək üzrədir. Bəzi detallar müzakirə edilir.