ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün irəliləyiş əldə edildiyini bildirib.
Metbuat.az xəbər verir ki, Ağ Evdə çıxış edən Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün səylərin davam etdiyini bəyan edib. O, Vaşinqtonun Ukrayna böhranına son qoymaqda qərarlı olduğunu ifadə edərək, münaqişənin həll edilməsinin asan olmadığını deyib.
Tramp, “Düşünürdüm ki, işlər daha asan olacaq, amma biz sülh yolu ilə həll yoluna doğru irəliləyirik. Açıq desək, hazırda üzərində işlədiyimiz bu son müharibə asan deyil. Onlar münaqişəyə son qoyacaq sülh razılaşmasınə əldə etməyə yaxındırlar”, - deyə bildirib.