Ukrayna administrasiyası ABŞ-nin təqdim etdiyi sülh planını qəbul edib, lakin planın bəzi kiçik detalları həll edilməlidir.
Metbuat.az xəbər verir ki, ABŞ-nin “CBS News” televiziyası amerikalı nümayəndəyə istinadən belə məlumat yayıb. Məlumata görə, Ukrayna tərəfi ümumiyyətlə sülh razılaşmasına hazırdır.
Qeyd edək ki, bundan əvvəl “Politico” nəşri ABŞ tərəfinin Əbu-Dabidə Rusiya rəsmilərinə planın sadələşdirilmiş 19 bəndlik versiyasını təqdim edəcəyini bildirmişdi. İddialara görə, təklif olunan plan bütün Donbas bölgəsinin Rusiyanın nəzarətinə verilməsini, Donbas və Krımı rəsmi olaraq Rusiya ərazisi kimi tanımağı və digər məsələləri əhatə edir.