ABŞ tərəfindən hazırlanmış 28 bəndlik ilkin plan hər iki tərəfdən daxil olan əlavə məlumatlar əsasında təkmilləşdirilib.
Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O, tərəflər arasında sadəcə bir neçə fikir ayrılığı qaldığını ifadə edib. Trampın sözlərinə görə, Vaşinqtonun Ukrayna münaqişəsinin həlli ilə bağlı hazırladığı ilkin plan Moskva və Kiyevin mövqeləri nəzərə alınmaqla yenidən işlənib.