Soyuqdəymə ilə mübarizədə müxtəlif təbii üsullardan istifadə edilir.
Metbuat.az xəbər verir ki, onlardan biri də duzlu sudur. "The Conversation" qəzetinə görə, əsrlər boyu duzlu suyun soyuqdəymə ilə mübarizədə təsirli olduğu sübut edilib. Bildirilir ki, burnu duzlu məhlul ilə yaxalamaq həm böyüklərdə, həm də uşaqlarda soyuqdəyməyə qarşı təsirlidir. Bu üsul yalnız xəstəliyin müddətini qısaltmır, həm də virusun başqalarına ötürülməsini azaldır.
Həmçinin lazımsız antibiotik istifadəsini azaldır.