ABŞ səhvən Meksika körfəzini işğal edib.
Metbuat.az xəbər verir ki, ABŞ əsgərləri Meksika sərhədindəki çimərliyə girib və həm ispan, həm də ingilis dillərində lövhələr qoyublar. Lövhələrdə, "Müdafiə Nazirliyinə məxsus bu ərazi komandanlığın səlahiyyəti ilə qadağan olunmuş ərazi kimi təyin edilib", - deyə xəbərdarlıq edilib. ABŞ əsgərlərinin səhvindən sonra Meksikanın Xarici İşlər Nazirliyi müdaxilə edib. Nazirlik ABŞ dəniz qüvvələrinin heyəti tərəfindən çimərlikdə qoyulmuş lövhələrin ləğv edildiyini bəyan edib. Pentaqon ərazinin səhvən bağlandığını açıqlayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin adını "Amerika körfəzi" olaraq dəyişdirəcəyini irəli sürmüşdü