HƏMAS İsraillə atəşkəsin yekunlaşdığına dair xəbərlərin yalan olduğunu bəyan edib.
Metbuat.az xəbər verir ki, bu barədə HƏMAS-ın media ofisinin rəhbəri İzzət əl-Rişk yazılı açıqlama verib. O, vasitəçiləri və ABŞ administrasiyasını İsrailə təzyiq göstərməyə çağırıb. İzzət əl-Rişk HƏMAS tərəfindən göndərildiyi iddia edilən silahlı şəxsin şəxsiyyətinin açıqlanmasını tələb etdiklərini bildirib. Rişk qeyd edib ki, İsrail müqavilədən yayınmaq və müharibəyə qayıtmaq üçün bəhanələr uydurur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə televiziyasının iddiasına görə, HƏMAS ABŞ tərəfinə atəşkəsin bitdiyini və döyüşməyə hazır olduğunu elan edib.