Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Antonio Kosta İsveçrənin Cenevrə şəhərində keçirilən Ukrayna ilə bağlı toplantıya dair açıqlama veriblər.
Metbuat.az xəbər verir ki, onlar sülh danışıqlarında əhəmiyyətli irəliləyiş əldə edildiyini bildiriblər. Von der Leyen bildirib ki, Avropanın prosesdə effektiv iştirakı sayəsində Ukraynada ədalətli və davamlı sülh üçün danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Onun sözlərinə görə, danışıqlarda möhkəm təməl əldə edilib.
Kosta da Cenevrədə sülh danışıqlarının konstruktiv olduğunu ifadə edib. O, irəliləyişdən məmnun olduğunu qeyd edib.