Türkiyə Super Liqasında XIII turun oyunları davam edir.
Metbuat.az xəbər verir ki, günün son matçında "Fənərbaxça" səfərdə "Rizəspor"la qarşılaşıb.
Gərgin keçən görüşün ilk hissəsi ev sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hücumların sayını artıran İstanbul təmsilçisi ardıcıl olaraq rəqib qapısından beş qol keçirib və qarşılaşmadan 5:2 hesablı qələbə ilə ayrılıb.