Sesiliya Qomes ABŞ vətəndaşıdır. Onun 93 yaşı var. Görənlər Sesiliya xanıma bu yaşı vermirlər. O özü də yaşının çoxluğunu dərd etmir.
Bəs 93 yaşlı ABŞ vətəndaşının belə cavan qalmasının sirri nədədir?
Metbuat.az xəbər verir ki, Qomez bu suala ətraflı cavab verib. 93 yaşlı Sesiliya Qomez özünü 50 yaşda hiss etdiyini deyib. Bəxtəvər amerikalı cavan qaldığı üçün idmana borclu olduğunu bildirib: "Bazar ertəsindən cümə gününə kimi hər gün idman zalında oluram. Bu vərdişim uzun illərdir dəyişmir. Məni axtaranlar idman zalında tapırlar. Səhər saat 10-dan nahar yeməyinə kimi idman zalında oluram. Futbol oynaya bilirəm, basketbol oynayıram. İstədiyim hər şeyi edirəm".
Qomez özü kimi uzun, sağlam bir həyat yaşamaq istəyənlərə üç məsləhət verib: "Müntəzəm olaraq sosiallaşın, sağlam qidalanın və mütəmadi olaraq idman edin. Heç vaxt tənhalığa can atmayın. İnsanlardan qaçmayın, onları sevin".
Qomezin 60 yaşlı qızı Pat Schneider anasının enerjisinə heyran qaldığını deyib: "Anam açıq havada çox vaxt keçirir. Heç vaxt yeyib yatmaq barədə düşünmür. Sosial cəhətdən çox aktivdir. Hər kəslə dialoq qurmağı bacarır. Daim nəvələri, nəticələri ilə bir yerdədir".