Ankara bələdiyyəsinin sədri Mənsur Yavaş paytaxt sakinlərinə şad xəbər verib. O, 2026-cı ildən etibarən ankaralıların bələdiyyə avtobuslarından pulsuz istifadə edəcəyini bildirib.
Metbuat.az xəbər verir ki, Mənsur Yavaş bununla bağlı bələdiyyə məclisində müzakirələrin başladıldığını deyib. Onun sözlərinə görə, hazırda imkanlar nəzərdən keçirilir. Yavaş tezliklə müsbət qərarın qəbul olunacağını istisna etməyib.
Ankaralılar təkcə avtobusdan deyil, sudan da pulsuz istifadə edəcəklər. Bu müjdəni də Mənsur Yavaş verib. O, əhaliyə verilən içməli suyun pulunun gələn ildən etibarən bələdiyyə tərəfindən ödənilməsinin mümkünlüyünü vurğulayıb.