Metbuat.az xəbər verir ki, bu barədə Kolumbiyanın hakim dairələri açıqlama verib. Açıqlamada, "San Jose" adlı gəmidən qızıl və bürünc sikkələrin, çini fincan və topun çıxarıldığı qeyd edilib. Qeyd edək ki, "San Jose" gəmisi 1708-ci ildə İspaniyanın varislik müharibəsi zamanı Britaniya Kral Donanması tərəfindən batırılıb. Gəmidə Peru və Kolumbiya kimi Latın Amerikasındakı İspan koloniyalarından götürülmüş çoxlu miqdarda qızıl, gümüş və zümrüd daşınırdı. Bu xəzinənin dəyərinin milyardlarla dollar olduğu təxmin edilir.