Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə belə deyib. O, Vaşinqtonun təklif etdiyi planın ictimaiyyət qarşısında ətraflı müzakirə olunmadığını bildirib. Putin bildirib ki, həll planı barədə ətraflı ictimai müzakirə aparılmadır. Rusiya lideri ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planının Alyaskanın Ankoric şəhərində keçirilən görüşdən əvvəl gündəmdə olduğunu bildirib. Putin Ankoricdəki danışıqlar zamanı Ukrayna böhranının həlli üçün çevik yanaşma qəbul etməyə hazır olduqlarını ifadə edib.