Qətərdə keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatında 1/4 final mərhələsinin oyunları keçirilib.
Metbuat.az xəbər verir ki, 4 qarşılaşmadan sonra mundialda yarımfinalçılar müəyyənləşib.
Belə ki, Avstriya Yaponiyanı, İtaliya isə Burkina Fasonu 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Portuqaliya İsveçrə üzərində 2:0 hesablı qələbə qazanıb. Son yarımfinalçı isə Mərakeşi 2:1 hesabı ilə üstələyən Braziliya olub.
Bununla da yarımfinal cütlükləri belə formalaşıb:
Portuqaliya - Braziliya,
İtaliya - Avstriya.
Hər iki qarşılaşma noyabrın 24-də baş tutacaq.