1993-2010-cu illər arasında həddindən artıq istismar edilən yeraltı su Yer kürəsinin fırlanma oxunu təxminən 80 sm dəyişdirib.
Metbuat.az xəbər verir ki, bu barədə Seul Milli universitetinin elm adamları araşdırma aparıb. Geofiziklərin araşdırması son 17 ildə yeraltı suların azalmasının Yer kürəsinin fırlanma oxunu əhəmiyyətli dərəcədə dəyişdirdiyini ortaya qoyub. Tədqiqata görə, 1993-2010-cu illər arasında kənd təsərrüfatı, sənaye və gündəlik həyat üçün yerdən 2150 giqaton su götürülüb və əsasən okeanlara axıb. Bu proses planetin fırlanma oxunu təxminən 80 santimetr dəyişib.
Bildirilir ki, enliklərdə cəmləşən yeraltı suların azalması, ox hərəkətinə təsir edən əhəmiyyətli amil kimi müəyyən edilib.