ABŞ Prezidenti Donald Trampın həyatının ilk dörd ilini keçirdiyi ev 2.3 milyon dollara satışa çıxarılıb.
Metbuat.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Nyu-York ştatının Kvins bölgəsində, "Jamaica Estates" məhəlləsində yerləşən evi 1940-cı ildə prezidentin atası Fred Tramp inşa edib.Donald Tramp dörd yaşına çatdıqda ailə yaxınlıqdakı başqa bir evə köçüb.