ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarük edilməsi ilə bağlı yeni açıqlama verib.
Metbuat.az xəbər verir ki, o, Kiyevi “Tomahawk” raketləri ilə dəstəkləmək planlarının olmadığını bildirib. Jurnalistlərin Vaşinqtonun Ukraynaya uzaq mənzilli “Tomahawk” raketlərinin göndərilməsi ehtimalını müzakirə edib-etmədiyi barədə sualına Tramp "Xeyr" cavabını verib.
Qeyd edək ki, bundan əvvəl Pentaqonun Ukraynaya “Tomahawk” qanadlı raketlərinin tədarükünə razılıq verdiyi barədə xəbərlər dərc edilmişdi. İddialara görə, Pentaqon razılığını bir müddət əvvəl keçirilən Donald Trampın Vladimir Zelenski ilə görüşündən əvvəl Ağ Evə çatdırıb. Lakin Tramp raketlərin Ukraynaya tədarük edilməsinə razılıq verməyib.