Metbuat.az xəbər verir ki, bu müqavilə nəticəsində OpenAI şirkətinin dəyəri 500 milyard dollara çatıb. Müqaviləyə əsasən “Microsoft”, təxminən 135 milyard dollar dəyərində olan “OpenAI Group PBC”də 27% paya sahib olacaq. Məlumata görə, şirkət bu günə qədər OpenAI-yə 13,8 milyard dollar sərmayə qoyub. Müqavilədən sonra “Microsoft” səhmləri 2,5 faiz artaraq şirkətin səhmləri 4 trilyon dolları ötüb. Yeni müqavilə iki şirkətin azı 2032-ci ilə qədər sıx tərəfdaşlıq etməsini tələb edir.