"Barselona"nın gənc futbolçusu Lamin Yamalın "Real Madrid"ə qarşı oyunda zəif çıxış etməsinin səbəbi müəyyənləşib.
Metbuat.az xəbər verir ki, tanınmış idman həkimi Pedro Luis Ripol ispan oyunçunun zədədən əziyyət çəkdiyini iddia edib.
Onun sözlərinə görə, futbolçu bir müddət əvvəl qasıq sümüyü ilə bağlı problemlər yaşayıb və optimal formasından uzaqdır.