Finlandiyada vətəndaşlıq almaq üçün tələbləri sərtləşdirir.
Metbuat.az xəbər verir ki, ölkə Prezidenti Aleksandr Stubb “Milli Koalisiya” partiyasının rəhbərlik etdiyi hökumət tərəfindən hazırlanmış düzəlişləri təsdiqləyib.
Dəyişikliklərə əsasən, müraciət edənlərin sabit gəliri olmalıdır; işsizlik müavinəti və ya sosial yardımla yaşayan şəxslər Finlandiya vətəndaşlığını ala biməyəcəklər. Əgər bir şəxs son iki ildə üç aydan çox müddətdə belə yardım alıbsa, onun müraciəti rədd ediləcək.
Bundan əlavə, vətəndaşlıq Finlandiyanın həyati maraqlarını təhdid edən cinayətlərə, o cümlədən terrorizm, satqınlıq və dövlətə xəyanətə görə ləğv edilə bilər. İkili vətəndaşlığı olan şəxslər üçün vətəndaşlığın ləğvi mümkün olan cəza müddəti beş ildən iki ilə endirilib. Həmçinin yalan məlumat verməyə görə vətəndaşlığın ləğv edilməsi də nəzərdə tutulub.