Pablo Pikassonun 80 ildən çox müddət ictimaiyyətə gizli qalan əsəri Fransada keçirilən hərracda 32 milyon avroya satılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Drouot hərrac evi məlumat verib.
1944-cü ildən "Çiçəkli papaqlı qadın büstü" adlı iş şəxsi kolleksiyada saxlanılıb.
24 oktyabra qədər onun mövcudluğu yalnız foto və qara-ağ reproduksiya vasitəsilə məlum olub.