Ermənistanın Baş naziri Nikol Paşinyan Vatikanın dövlət katibi, kardinal Pyetro Parolinlə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazir aparatı məlumat yayıb. Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər. Bundan əlavə, söhbət zamanı humanitar məsələlərin həlli və regionda sabitliyin qorunması istiqamətində addımların əhəmiyyəti vurğulanıb.