Mingəçevir. Trend:
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarətləri alıb. O, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata əsasən, hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Vüsal Kazımlının axtarışı davam etdirilir.
Hadisənin şəxsi mübahisə zəminində baş verdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.