Azərbaycan Ordusunun baş giziri Cəfərov Bəhruz Bəybala oğlu vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Onun ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, əslən Neftçaladan olan Bəhruz Cəfərov 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Vətən Müharibəsində, 2022 və 2023-cü illərdə Antiterror əməliyyatlarında iştirak edib.
B. Cəfərov “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəli idi, 2 övladı var.